2
Yorum
7
Beğeni
5,0
Puan
931
Okunma
*
" " "
Ağlımdan,zehnimdən gərək
silim,inciyir incisin.
Yaşamaqdır fikrim hələ,
ölüm inciyir incisin.
"
Yel qovanım yaşım hələ,
xamım hələ,naşım hələ,
bir əlim bir başım,hələ,
əlim inciyir incisin.
"
Zülmün üzü bəri,bərkmiş,
gönü qalın,dəri bərkmiş,
bu tarlanın yeri bərkmiş,
kəlim inciyir incisin.
"
Mən ağac,oyyy...cəhənnəmə,
bu buxun-boy cəhənnəmə,
qırsınlar qoy,cəhənnəmə,
şəlim inciyir incisin.
"
Ay ana,bir lavaş bişir,
közü dağıt,yavaş bişir,
sən allah,südlü aş bişir,
həlim inciyir incisin.
" " "
5.0
100% (4)