2
Yorum
5
Beğeni
5,0
Puan
557
Okunma
*
Qəribə həyatdır, aparır bizi
Köcəri quşlar tək elədən belə.
Çiləyə döndərib mutluluqları
Mutluluq umuruq çilədən belə.
Sevinci bir ovuc,alır doymamış,
İllər sırtımızda kədər daşıdır.
Kimə aciqlanaq,kimdən inciyək,
Fələk hökm eləyir,qədər daşıdır.
Bahar halımızı sormamış hələ,
Xəzan qapımızı döyür:
-Gəlmişəm...
Qəlbin qırıq-qırıq sızıltısında
Hər gün yaşlanırıq...
Deyir gəlmişəm,
Söyləyir gəlmişəm,vaxt daramlayır,
Sınaq zamanıdır,tərpənin gedək.
Bizə nə qalır ki,yalnız etiraf...
Ömür necə qısa,ömür nə gödək.
Nəfəs al,nəfəs ver,
Qalanı nağıl.
Ömrü nağıllarda bitir insanın,
Kim deyir iz qoyur,mən inanmıram,
Sonunda izi də itir insanın.
...
5.0
100% (2)