0
Yorum
3
Beğeni
0,0
Puan
258
Okunma
VAXT OLMADI...
☆☆☆
Gəncliyimiz elə vaxta düşdü ki,
Vaxt olmadı danışmağa sevgidən.
Söhbət gəldi elə haqda düşdü ki,
Vaxt olmadı danışmağa sevgidən.
Ömür keçdi tutun,gərin içində,
Kolun-kosun,pambıq vərin içində.
Biz böyüdük güllələrin içində,
Vaxt olmadı danışmağa sevgidən.
Qız tapmadıq gözəlini seçməyə,
Qoz sındırdıq qəzəlini seçməyə,
Baş qarışdı xəzəlini seçməyə,
Vaxt olmadı danışmağa sevgidən.
İçimizdə qara qışın buzları,
Soyuq keçdi bizim köyün yazları,
Sevə-sevə qarıdılar qızları,
Vaxt olmadı danışmağa sevgidən.
Oyandıq ki könlümüzdə ayazdır,
Nə gün o gün,nə yaz həmin o yazdır,
Bir də baxdıq saçlarımız bəyazdır,
Vaxt olmadı danışmağa sevgidən.
☆☆☆