2
Yorum
3
Beğeni
5,0
Puan
1538
Okunma
Oğul,dünya özgə türdü,
Mən sınadım,sən sənama.
Bir az tərsdi,bir az kürdü...
Mən sınadım,sən sınama.
Qəm tütəyi ney yalanmış,
Şərab yalan,mey yalanmış,
Dost dediyin şey yalanmış,
Mən sınadım,sən sınama.
Xeyli gəzdim,xoş görmədim,
Ətəyini boş görmədim,
Heç papaqlıq baş görmədim...
Mən sınadım,sən sınama.
Qurdu qənimdi fərşinə,
Suçu sığışmır ərşinə,
Eylərsən çıxar qarşına,
Mən sınadım,sən sınama.
*
5.0
100% (4)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.