2
Yorum
7
Beğeni
5,0
Puan
190
Okunma
☆☆☆
Usta Maarif,cihad etmə boşuna,
Düzəlmir ki qoca dünya,düzəlmir.
Düzəlməyin nəyi gəlmir xoşuna
Düzəlmir ki qoca dünya,düzəlmir?
"
Allahının sirr tərəfi günahdır,
O gövhərsə,dürr tərəfi günahdır.
Savabının bir tərəfi günahdır,
Düzəlmir ki qoca dünya,düzəlmir.
"
Heç görmədim yollarını dumansız,
Oyanıram sabahına gümansız,
Ətəyində namaz qılır imansız,
Düzəlmir ki qoca dünya,düzəlmir.
"
Gündüz ölmür,gecə zülm doğulur,
Arxalanır gücə,zülm doğulur,
Bir zülmdən neçə zülm doğulur,
Düzəlmir ki qoca dünya,düzəlmir.
"
Bu nə qovdu,bu nə qaçdı?
Yarışdır?
Bu nə görüş,bu nə öpüş?
Barışdır?
Baxdım,baxdım...
Qanqallığım qarışdı.
Düzəlmir ki qoca dünya,düzəlmir!
"""
5.0
100% (2)