0
Yorum
0
Beğeni
0,0
Puan
1565
Okunma
Daha gecələri yata bilmirəm...
Yuxu gözlərimdə gümana dönüb.
Yorğanım,döşəyi m buz kimi
soyuq,
Altimda qu tükü samana dönüb.
Daha gecələri yata bilmirəm...
Dilim söz dərdini çəkə bilməyir.
Dünyanın dərdini çəkən ürəyim
İndi öz dərdini çəkə bilməyir.
Baxıram saatın əqrəblərinə,
Qərib bir sızıltı keçir içimdən.
Əqrəblər hər dəfə tıklayan zaman
Bir nəfəs qocalır,yaşlaşı ram mən.
Daha gecələri yata bilmirəm...
Çəkilmir başımın dumanı,çəni.
Dünənin günahı,sabahın dərdi,
O yana,bu yana çevirir məni.
Nə tez keçib gedir günlər,ilahi,
Dünya qocalmağa niyə tələsir?
Ömrün dünənini yola salmamış,
Sabahın gecəsi qapımı kəsir.
Daha gecələri yata bilmirəm...
Bu dərdi mənimtək hər çəkən
bilir.
Özümdən arxada qoyduğum illər,
Bir də saçlarıma düşən dən bilir.
*