2
Yorum
2
Beğeni
5,0
Puan
1378
Okunma
Mən səni hər axşam görə bilsəydim,
Saçının ucunu hörə bilsəydim,
Yoluna gülçiçək sərə bilsəydim,
Sevirəm-desəydin sən bircə ağız,
Qurbanın olardım,ay sarışın qız.
Tək səni bilirəm mələk misglı,
Bağçamı sovuran külək misalı,
Tanrıdan umduğum dilək misalı,
Gündüzumdə günəş,gecəmdə ulduz,
Mehtabım,ayımsan,ay sarışın qız.
Kəmər olum qızıldan,
Belinə sarı məni.
Qumaş olum,tül olum,
Qoluna sarı məni.
Sən liman ol,mən gəmi,
Saxla məni özündə.
Bircə damla yaş olum,
Gilələnim gözündə.
Dilində şəkər olum,
Dodağında bal kimi.
Qoy gecəni uyuyum
Sinən üstə xal kimi.
Adını yadımdan silən deyiləm,
Özün gəl deməsən,gələn deyiləm,
Gönlünü çalmamış ölən deyiləm,
Ruhum yanyörəndə dolaşır yalqız,
İnsaf et,incitmə,ay sarışın qız.
*
5.0
100% (2)