Paranın öldürdüğü ruh, kılıcın öldürdüğü bedenden fazladır. walter scott
Vahid Sabah
Vahid Sabah

SƏN VARKƏN BU ŞƏHƏRDƏ

Yorum

SƏN VARKƏN BU ŞƏHƏRDƏ

0

Yorum

0

Beğeni

0,0

Puan

982

Okunma

SƏN VARKƏN BU ŞƏHƏRDƏ

Dünya mənə yetməyir
Sən varkən bu şəhərdə.
Ayaqlarım getməyir
Sən varkən bu şəhərdə.
Sokaklar sıxır məni,
tənhalıq yıxır mənı,
gecələr heç uyutmur,
gündüzlər heç ovutmur
sən varkən bu şəhərdə.
Bu özgə bir yaraşıq,
pəncərəndə ağ işıq,
fikirlərim dolaşıq
sən varkən bu şəhərdə.
Dəniz sakit,dəniz sus.
Dayanmısan sahildə
bəyaz göyərçin kimi.
Öpür yanaqlarını,
gah xəzri,gah gilavar.
Səni öpməyə nə var.
Bütün xətlər açıqdır,
susmayır telefonlar
sən varkən bu şəhərdə.
Gözlər gözgözə gəlir,
təbəssumlər havayı,
bulutlar örtmür ayı.
İşıqlar heç sönməyir,
gələn geri dönməyir
sən varkən bu şəhərdə.
Ovucumu açıram,
göydən üç alma düşür.
Biri sənin adına,
biri mənim adıma.
Ölüm düşmür yadıma
sən varkən bu şəhərdə.
Bahar geçir,yaz gəlir,
fələyin ağızından
gündə bir avaz gəlir,
dünya mənə vaz gəlir
sən vaqkən bu şəhərdə.
Mənimdir göy dənizə
ən tezdən doğan səhər,
mürgüləyən ləpələr.
Mənimdir bütün şəhər,
sən varkən bu şəhərdə,
sən varkən bu şəhərdə.
*

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
SƏn varkƏn bu şƏhƏrdƏ Şiirine Yorum Yap
Okuduğunuz SƏn varkƏn bu şƏhƏrdƏ şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
SƏN VARKƏN BU ŞƏHƏRDƏ şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL