1
Yorum
0
Beğeni
5,0
Puan
654
Okunma
Dünyanın sükutunu
içinə yığmış gecələrdən
birini yaşayıram.
Sərin mehə qarışıb
içəri dolan zülmət
son ümidlərimi də
puç edir sanki.
Gögsümü sıxan
hisslərim dodaklarımda
pıçıltıya dönüşür.
Şarkı oxumaq
geçir gönlümdən-
bir zamanlar sarışın
qızın qulaqlarına
pıçıldadığım o şarkı:
-Saçın ucun hörməzlər
sarı gəlin...
Amma,bir xəzan günü
solan sevda çiçəklərimi
zülfünə hörə bilmədim
sarışınımın.
Mən zamanın
sükutunda boğulurkən
o selində axdı getdi...
-Əlvida,mənim
məsum duyğularımın
son gecəsi.
Mən bir sıqara dumanında
intihar etməyə gedirəm.
Gecələri vücudumu
uyumağa qoymayan
iztirablarımın son
çarəsi,son əlacı...
Barmaklarım arasında
siqara,masam üstə
bir fincan kofe,
iyirmi beş damcı valerian...
Arkadaşım ölürkən
son dəfə umduğu
bir sıqara idi.
Nasıl verməyə bilirdim ki?!
*
5.0
100% (1)