1
Yorum
1
Beğeni
5,0
Puan
1495
Okunma
Öncə toprakdı Vətən.
.
Dədəni gömdüyün,
düşməni yendiyin,
alın qoyub
səcdəsinə endiyin
toprakdı Vətən.
.
Yollarında koşduğun,
dağlarını aşdığın,
ayağına düşdüyün
toprakdı Vətən.
.
Yerin üstü sənindirsə,
yerin təki sənindirsə,
Təbriz,Bakı sənindirsə,
Vətən odur,
odur Vətən!
.
İçimdə bir səs inlədi,
söz oldu satır satır,
misra misra:
.
Təbrizdən gəldim Xalxala,
Gözüm yolda qala qala,
Böylə günə,böylə hala,
Yaman ağlamağım gəlir.
Hər dərman dərdə çaramı,
Boş ver,bağlama yaramı,
Sellər apardı Saramı,
Kaman,ağlamağım gəlir.
Dünya bütöv,Vətən yarı,
Ömür vəfa etsə,barı,
Yol ver keçim bu dağları,
Duman,ağlamağım gəlir.
Üzük tanınar qaşıynan,
Ər oğullar savaşıynan,
Gözümü yumdum yaşıynan,
Güman, ağlamağım gəlir.
Quru çinaram,öyməyin,
Qopar budağım,əyməyin,
Dəyməyin mənə,dəyməyin,
Yaman ağlamağım gəlir.
5.0
100% (2)