0
Yorum
5
Beğeni
5,0
Puan
226
Okunma
"Sevməmişdim hələ,onda
Bəlkə də,sevirdim onu.
Beli büzmə sətin donda,
Bəlkə də,sevirdim onu.
.
Son baharla bəzəliydi,
Üstü-başı xəzəliydi,
Onda hələ gözəliydi...
Bəlkə də,sevirdim onu.
.
Könlümün dəli vaxtıydı,
Yapışsa zəli vaxtıydı,
Elə sevməlii vaxtıydı...
Bəlkə də,sevirdim onu.
.
Dan üzü dolu jaləydi,
Mən içdiyim piyaləydi,
Adını sordum...Naləydi.
Bəlkə də,sevirdim onu...
5.0
100% (2)