Zeka kafanın içindeki altın madenidir.-- pıtıgrellı
Vahid Sabah
Vahid Sabah

İNNƏN BELƏ DOST NƏYİMƏ GƏRƏKDİR

Yorum

İNNƏN BELƏ DOST NƏYİMƏ GƏRƏKDİR

( 1 kişi )

1

Yorum

7

Beğeni

5,0

Puan

314

Okunma

İNNƏN BELƏ DOST NƏYİMƏ GƏRƏKDİR

☆☆☆
Salam bitdi bağdan ərik qurtardı,
İnnən belə dost nəyimə gərəkdir.
Daha yoxdu o kölgəlik,qurtardı...
İnnən belə dost nəyimə gərəkdir.

Unutmuşam danışmasın,gülməsin,
Tərifləyib məni öyən kəlməsin.
İstəmirəm,deyin qonaq gəlməsin.
İnnən belə dost nəyimə gərəkdir.

Bomboş qalıb evim,oğul-uşaqsız,
Çəkilməyir qaranlığı,işıqsız,
Oynatmağa dəf-düdüksüz,aşıqsız
İnnən belə dost nəyimə gərəkdir.

Bu dağ mənim,o dağ sənin gəzməyə,
Tənəsinə,təpiyinə dözməyə,
Sağlığına əlli qram süzməyə,
İnnən belə dost nəyimə gərəkdir.

Dəsmalım dost,gözlərimin yaşına,
Küt ağrılar ürəyimin başına,
Dost deyirəm böyrəyimin daşına...
İnnən belə dost nəyimə gərəkdir.
*
Gəlmədi ki,bir də gələ arxa su,
Zalım fələk fırladığı çarxa su,
Bitdi,yoxdu bu nağılın arxası...
İnnən belə dost nəyimə gərəkdir.
☆☆☆

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

İnnƏn belƏ dost nƏyimƏ gƏrƏkdir Şiirine Yorum Yap
Okuduğunuz İnnƏn belƏ dost nƏyimƏ gƏrƏkdir şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
İNNƏN BELƏ DOST NƏYİMƏ GƏRƏKDİR şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
andelip
andelip, @andelip
22.2.2025 20:53:02
Şiirleriniz güzel
her ne kadar okumakta biraz zorlansakta maksat anlaşılıyor..
tebrik ediyorum..
© 2026 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Üyelik
Giriş paneli

Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.

ÜYELİK GİRİŞİ

KAYIT OL