1
Yorum
0
Beğeni
5,0
Puan
796
Okunma

Bu qız məni yaman eşqə salıbdı,
Əndamı ağlımı başdan alıbdı,
O bal dodağında gözüm qalıbdı,
Qismətim olarsa,öpərəm bir gün,
İtirsəm axtarıb taparam bir gün.
Gönlümün quşunu uçuran odur,
Gecələr yuxumu qaçıran odur,
Həsrəti su kimi içirən odur,
Hicrindən əriyən canıma yazıq,
Sevdiyim günümə,anıma yazıq.
Kəməri sallanır incə belindən,
Umudum asılıb qara telindən,
Baş alıb gedərəm bir gün əlindən
Dalımca gəlsə də dönmərəm geri,
Dərdimdən ölsə də dönmərəm geri.
5.0
100% (1)