1
Yorum
6
Beğeni
5,0
Puan
664
Okunma

Səni kim doğub,bura
Kim atıb,it balası.
Qancıq ananla söylə
Kim yatıb,it balası.
Otlar,çiçəklər məsum,
Bəs ortada günah var.
Səndən atana qədər
İriz açıb günahlar.
Quyruğunu buladın...
Guya dostum sən mənim.
Dost dosta tən gərəkmiş...
Harama sən tən mənim.
Yalandı dost nağıllar,
Məsəllər,it balası.
Oynatma quyruğunu,
Kəsərlər,it balası.
Sığındığın otunu,
Alağını qoru sən.
Dünya qulaq dünyası,
Qulağını qoru sən.
Tanrı böyük,altı gen...
İp çəkib tel bağlama.
Gəl gedək,it balası,
Tanrıya bel bağlama...
*
İt balası-köpek yavrusu
5.0
100% (1)