3
Yorum
9
Beğeni
5,0
Puan
762
Okunma
Keçdi...
Keçirmişəm mən
Eşqi yazan vaxtımı.
Daha çiçək üfləyib
Sınamıram baxtımı.
İçimdə sel səngiyib,
Quruya bənd atıram.
Gecələri yatmıram,
Bayquşa qənd atıram.
Kimsə nəğmə oxuyur:
-Pəncərədən daş gəlir...
Süzülür aynasından
Gözlərimə yaş gəlir.
Bəlkə həmin qadındı-
Kəklimi sevən qadın.
Mənə şəkil göndərib
Şəklimi sevən qadın...
Bilmirəm ağlında mən
Necəymiş,nasılmışam.
Bəlkə də ölmüş bilib
Divardan asılmışam.
...Heç yaz yaxşı keçmədi.
Yağmadı.
Çöl qurudu.
Sarı kiraz ağacım
Qorxutdu yel,
qurudu...
Siqaranı buraxdım.
Həyat baha...
O qədər.
Bir az bira,bir az su...
İçməm daha o qədər.
Neçə doğru biləməm,
Neçə yalan,unutdum.
Adama pis baxırlar...
Sevgi-filan unutdum.
İncimirəm qoluma
İlişib kol çəkəndə.
Bir damla yaş bəsimdir
Gözlərim yol çəkəndə.
Kimsə nəğmə oxuyur:
-Pəncərədən daş gəlir...
Süzülür aynasından
Gözlərimə yaş gəlir...
Qənd-şeker
Ayna-cam
Kəkil-saç
Kol-dikenli ağac
5.0
100% (5)