2
Yorum
5
Beğeni
5,0
Puan
738
Okunma
Kim çıxdı başı,qupquru,
Çımaynlar yaş getdilər.
Durdum,mərziydi cümlə,söz,
Nə əyan,nə faş getdilər.
Sözü yığdım dərz eylədim,
Bir bildim,bir fərz eylədim,
Kimi gördüm ərz eylədim,
Buladılar baş,getdilər.
Say sayan kim ay,gün ki var,
Yoxdur bu gün,var dünkü var,
Zatında hikmət çünkü var,
Qaldılar çaş-baş getdilər.
Dedim uyu,uyu içim,
Yox zəmzəmin suyun içim,
Ey xuda,söz quyun içim,
Atdılar bir daş,getdilər.
5.0
100% (3)