0
Yorum
1
Beğeni
0,0
Puan
634
Okunma
Sən heç soruşmadın,mən də demədim:
-İnanma,bu sevgi saxta sevgidir.
Məni sevirsənmi sən də?
Demədim
İnanma,bu sevgi saxta sevgidir?!
Bir qız bir oğlanın...seçərlər.
Doğur,
Küçələr böyüdür,küçələr doğur,
Bu sevgi içimdən gecələr doğur,
İnanma,bu sevgi saxta sevgidir.
Bax,yenə təbimə zor gəlir payız,
Gəlir,azar gəlir,çor gəlir payız,
Uyma ləzzətinə,dur,gəlir payız...
İnanma,bu sevgi saxta sevgidir.
Elə batırmışam,qanı əlimdə,
Çıxır nəfəs-nəfəs canı əlimdə,
Hanı ovucumda,hanı əlimdə,
İnanma,bu sevgi saxta sevgidir.
Təzədən bir ömür qoşaq,aldanaq?
Təzədən neçə dağ aşaq,aldanaq?
Axı, vaxtı deyil uşaq aldanaq,
İnanma,bu sevgi saxta sevgidir.
Düzələr,düzəlməz əyrimiz,əmma,
Oldu çimdik yeri böyrümüz,amma,
Bir cüt bəhəriymiş xeyrimiz,amma
İnanma,bu sevgi saxta sevgidir.