1
Yorum
4
Beğeni
5,0
Puan
867
Okunma

Alın gecələri məndən,
Eylədim bəs gecələri.
İnnən belə yaşamağa
Yoxdu həvəs gecələri.
Hər ömrün son başı kimi
Bir ölüm var naşı kimi.
Çalır elçi daşı kimi
İçimdə səs gecələri.
Gəlmirsə də xoşuma vaxt,
Gəlir qoca yaşıma vaxt.
Ötürmüşəm boşuna vaxt,
Bəlkə əbəs gecələri.
Yalnız,tənha qalammıram,
Yuxusuna dalammıram,
Əvvəlki tək alammıram
Daha nəfəs gecələri.
Alın...
neçələri məndən
soyuq,küçələri məndən,
Alın gecələri məndən -
Mənə qəfəs gecələri...
*
yuxu - uyku
küçə - sokak
5.0
100% (5)