1
Yorum
3
Beğeni
5,0
Puan
877
Okunma
Adamlar ölürlər divarlar qalır...
Elə qəmli olur yalın divarlar.
Bu üzdən o üzə salam aparmır,
Göndən qaln olur,qalın divarlar.
Adamlar ölürlər divarlar qalır...
Bəzən ibrət olur,bəzən dərs olur,
Əsrdən əsrə görk olur,bəzən.
Gerçəyin önündə mum kimi yumşaq,
Özü daşlarından bərk olur,bəzən.
Adamlar ölürlər divarlar qalır...
""
Sarayın bozqara sərt divarları,
Yoxsulun zənginlə sədd divarları.
Aşılar aşılmaz hədd divarları...
Adamlar ölürlər divarlar qalır...
"
Camilər:
nökəri,naibi məchul,
Kilsələr:
keşişi,rahibi məchul,
Bir oda:
dörd divar,sahibi məchul...
Divarlar ölürlər adamlar qalır...
"
Böyük odamın
giriş qapısıyla
üzbəüz divarında
kiçicik bir yer saxlamışam.
Məndən sonra şəklimi
assınlar deyə...
Adamlar ölürlər
divarlar qalır ya...
*
5.0
100% (3)