1
Yorum
4
Beğeni
5,0
Puan
604
Okunma
Bir şəhərdə bir ağacı kəsirdilər.Kəsildikcə yıxılırdı ağac,eynən qurğuşuna düzülmüş adamlar kimi yıxılırdı.Ağladı ağac...Ağladı ki onu bunca illər kölgəsinə sığındığı dostları kəsirdilər...
Yıxılanlar ağrıyarlar,
Yıxılma,ağac,yıxılma!
Yıxılanı doğrayarlar,
Yıxılma,ağac,yıxılma!
Dalda durub,dalda çalan,
Köhnə-kürüş valda çalan,
Çoxmuş sənə balta çalan...
Yıxılma,ağac,yıxılma!
O çiyin,o kürək hanı,
Arxa duran dirək hanı,
Dirəkdə o ürək hanı...
Yıxılma,ağac,yıxılma!
Elə qandırarlar səni,
Sudan yandırarlar səni,
Ağac,sındırarlar səni...
Yıxılma,ağac,yıxılma!
İtərlər itiyi sevər,
Atarlar ütüyü sevər,
Yıxılma,kötük olarsan.
Bu şəhər kötüyü sevər...
Yıxılma,ağac,yıxılma!
köhnə-kürüş - eski
çiyin - omuz
kürək - sırt
5.0
100% (3)