2
Yorum
11
Beğeni
5,0
Puan
719
Okunma
Duman tutdu dağları,
Qardan xəbər olmadı.
Öldü qönçələr cavan
Bardan xəbər olmadı.
Donu milmilə payım,
Canıma çilə payım...
Gəlmədi gilə payım,
Nardan xəbər olmadı.
Açammadım kilindi,
Mesajlar da silindi.
Nə gəldi, nə bilindi,
Yardan xəbər olmadı...
5.0
100% (5)