2
Yorum
6
Beğeni
5,0
Puan
836
Okunma

Al Günəşin baxışından od alıb
Nə alışmaq,nə yanmaqdı yaşamaq.
O doğanda şəfəq vurar dan yeri...
Qızılına boyanmaqdır yaşamaq.
Yeddi qatı yeddi sətir göylərin,
Mavi çatı,qara çətir göylərin,
Buludları Yerə xətir göylərin
Yağmurunda dayanmaqdı yaşamaq.
Yuxulamaz,umar gözdə gecəni,
Kiprikləri tumar gözdə gecəni,
Oyalayıb xumar gözdə gecəni
Qucağında oyanmaqdı yaşamaq.
Ya sən inci,ya incitsin xar gülü,
Sarmaşıqsan,bədənindən sar gülü,
Cəsarətin son çilədə qar gülü,
Qar altından boylanmaqdı yaşamaq.
Al Günəşin baxışından od alıb
Nə alışmaq,nə yanmaqdı yaşamaq...
*
5.0
100% (4)