0
Yorum
5
Beğeni
5,0
Puan
897
Okunma

Topraq deyil Vətən,
toprağı üstündə
üstünə topraq atacaq
insanlarıdı,
dinini burax,
dilini danışıb
dilindən tutan,
içindən içinə
ip çəkmiş duyğularıyla
və evində qibləsi olan,
yönü gündoğana...
Heç qamış kəsən
barmağınız oldu mu,
ya qulağınızın ardı
böyurtkən tikanlarına
qan vermiş...
Orası,barmağını
qamışkəsmişlərə
barmaq silkələyən,
ya şəlpə qulaqlarıyla
qulağının ardını göstərən
kimsələri varıykən
Vətən deyil orası...
Yalnız balıq qoxuyan
bir topraq...
Gedəcəyi başqa
bir yeri olmayanlar
üçün bir Topraq...
Və...
Yalnızca məzarı üçün
bir Vətən...
5.0
100% (2)