0
Yorum
3
Beğeni
5,0
Puan
754
Okunma
Umud yerim,arxa yerim,
Görənimin gözü dağlar.
Dönün,sizi görəmmirəm,
Dönün bəri üzü dağlar.
Səda düşüb can yerimə-,
Sabah üzüm,dan yerimə-,
Küsmüşəm pünhan yerimə-,
Barışdırın bizi dağlar.
Qaralır,göylər qaralır,
Yanır kösöylər qaralır,
Uzaqdan köylər qaralır,
Hanı yolirizi,dağlar.
Daş üstündə daşım qaldı,
Bir əlim,bir başım qaldı,
Yaşadım,nə yaşım qaldı,
Çəkə-çəkə sizi dağlar.
5.0
100% (2)