1
Yorum
4
Beğeni
4,7
Puan
825
Okunma
Heyf,o vaxtın,zamanın,
çağın qədrini bilmədik.
Günü gündən gün qaralan
ağın qədrını bilmədik.
Yuxuladıq xornasına,
düdüyünə,zurnasına,
göl ağladıq durnasına,
vağın qədrini bilmədik.
O çəmənlik,seyran getdi,
gələn baxdı heyran getdi,
qatığımız ayran getdi,
yağın qədrını bilmədik.
Ayaq qoyduq basdıq yüngül,
bir ayaqdan asdıq yüngül,
dərd yüngülsə yastıq yüngül,
sağın qədrini bilmədik.
Şahı bekara buyurduq,
elə nökərə buyurduq,
yükü təkərə buyurduq,
cağın qədrini bilmədik.
Kar vermir maya arxamız,
üz üstü Aya arxamız,
bilmədik,qaya arxamız
dağın qədrini bilmədik.
5.0
67% (2)
4.0
33% (1)