2
Yorum
4
Beğeni
5,0
Puan
644
Okunma
Xəyalda sürət aşırıq,
Həyatınsa radarı var,
Xəyalda sərbəst coşuruq
Gerçəyin qaydaları var.
Xəyalən güvən istərsən
Gerçəkdə adam tapmazsan...
Xəyalən yol gözləyərsən
Gerçəkdə yada salmazsan.
Xəyal geniş üfüqlərdir,
Gerçək tikanlı məftillər,
Xəyal tutduğun əllərdir..
Gerçək tutmadığın illər.
Xəyal gücün çatmayanlar,
Gerçək elə sən özünsən,
Xəyal rəngli ,gözəl diyar,
Gerçəkdə dar mənzilinsən.
Xəyallarım sevimlidir...
Gerçəkdə həsrət,hüzünəm.
Xəyalən Dilarə şeir.....
Gerçəkdə elə özüməm.
5.0
100% (4)