2
Yorum
10
Beğeni
5,0
Puan
517
Okunma
Şeir
Şeir yoluxucudur...
Sevgi kimi,gülüş kimi.
Ən gözəl söz yadda qalar
İlk baxış,ilk öpüş kimi.
Şeir ana körpəsidir...
Ruhun dolub hıçqıranda
Şeir bir ana səsidir.
Hər yeni misra yazanda
Yenidən bir sən doğular..
Bu möcüzə aləmində
Bir sən varsan,bir duyğular.....
Şeir sözlü qanadlardır...
Şeir yazanın özüdür...
Şeir ruhunu anladır..
Şeir yazanın izidir....
Ruhum sözlərin aşiqi
Qarışıram şeirlərə
Hər zərrəmdə bir şeir var
Hər şeirimdə bir Dilarə...
5.0
100% (3)