sevdiyim
Həyat kimi hazırlıqsız,
həyat kimi ansız gələn, Bahar öncəsi günəştək Könlümə zamansız gələn.... Məndən ətrimi qoparan Ümidlərimi aparan Xəyal olub yoxa çıxan, Həsrət olub sonsuz gələn Sevdiyim......... Mələk kimi ağ ümidin qanadında Şeytan kimi ağ yalanların ardında Elə bildim xoşbəxtliyi taparam Yoxluğuyla ruhum gedən Varlığıyla da söz gələn Sevdiyim....... Canımı acitmir həyat Heç dinmədi ki acilar.. Nə sənsiz gözüm yumurlar Nə sənsiz ürək açılar Hər damlayla gözümdə qürur kiçilər Kicildikce yerə vuran Çoxaldıqca da az gələn Sevdiyim.............. Dilarə Süleyman |