4
Yorum
9
Beğeni
5,0
Puan
977
Okunma
Hər şəhid canımdan bir az can aldı,
Hər biriylə arzum gözümdə qaldı,
Hər fəryad bağrıma biraz od saldı,
Yağışdır göz yaşım,yatağım torpaq,
Zəfər gününəcən bağrım yanacaq!
Hər övlad gedərkən ana apardı,
Can çəkişdi ruhu candan qopardı,
Boyun qucaqlayıb,qoxlar,öpərdi
Analar ölməli övladdan qabaq
Zəfər gününəcən xoşbəxtlik yasaq!
Damarda hiddətdən qan qaynayır ,ah,
Əzabdır gecələr,qəzəbdir sabah,
Haramdır rahatlıq,susmaqdır günah,
Cavabdehdir ürək,gözlər,dil,qulaq
Ölümdən betərdir məzlum yaşamaq!
Bizə yaraşmayır məzlum yaşamaq!
Dilarə Suleyman
5.0
100% (6)