2
Yorum
9
Beğeni
5,0
Puan
499
Okunma
Yar,mənim gözümün şirin yuxusu,
Ruhumun qoxusu sən deyilmiydin,
Buludum,küləyim,yağışın səsi
Sübhümün havası sən deyilmiydin?
Bu məsum eşq mənim,kəramət sənin,
Gözəllik duyğumun,əlamət sənin,
Bu qürur səndəndir,bu qamət sənin
Bu qulun ağası sən deyilmiydin?
Gül olub açılar üzümdə sevinc,
Nurlanar dünyada hər bucaq,hər künc,
Könlüm razı olar,yuxularım dinc
Ruhumun duyğusu deyilmiydin?
Ana qucağından ayrı körpəyəm,
Ustad əllərinə yaraşan neyəm,
Qoyma bənövşətək boynumu əyəm
Həsrətin qorxusu sən deyilmiydin?
Ey dərviş ruhumun sevgili yarı,
Üzünü üzümdən çevirmə barı,
Köçümü topladım mən sənə sarı
Sevgilərin xası sən deyilmiydin?
Dilarə Süleyman
5.0
100% (4)