1
Yorum
9
Beğeni
5,0
Puan
390
Okunma
Səni sevməyən nə bilir
Günəş nədir,Ay necədir!
Səni sevməsə ürəyim
Qaranlıq,zülmət gecədir.
Səni sevib mən özümdə
Ərimişəm,yox olmuşam,
Mən dünyaya gəlməmişəm
Sevim deyə doğulmuşam!
Həsrətin ulduz saydırar,
Qaşla gözün arasında
Sevgi başımı əydirər
Sevdiyimin qibləsində.
Sevgin anam,sevgin atam,
Sevgin mənim Vətənimdir,
Səndən başqa kimsəm yoxdur
Tək sənin sevgin mənimdir!
Bir baxışla nazla məni,
Ruhumda sellər çağlasın.
Sevgi nədir bilməyəni.
Göz yusun,dillər ağlasın.
Dilarə eşqin aşiqi,
Sevgi insandan əzəldir
Sevgi bu qədər gözəlsə,
Gör yaradan nə gözəldir!
5.0
100% (3)