3
Yorum
13
Beğeni
5,0
Puan
440
Okunma
Bir baxışa qul olmayan!
Bir bağçaya gül olmayan!
Bir ürəyə yol olmayan,
Sevgi sənə yaraşarmı?
Dağlarına yağarkən qar,
Dünya genkən,hövsələn dar,
Düyün düşər çarpaz qollar ,
Sevgi sənə yaraşarmı?
Qəm yükünü çəkən bilər,
Gül qədrini əkən bilər,
Yollara göz dikən bilər
Sevgi sənə yaraşarmı?
Eşq yolunda bükülər diz,
Gözsüz,qulaqsız və dilsiz,
Ey məndən çox,ey ondan az,
Sevgi sənə yaraşarmı?
Qəlbdə belə daşqın varkən,
Səndə sənlə məşqin varkən,
Dilara, Haqq eşqin varkən
Sevgi sənə yaraşarmı?
5.0
100% (3)