4
Yorum
10
Beğeni
5,0
Puan
530
Okunma
Bir adam qəlbində daşıya məni
Gözündən uzağa qoymaya
Bir adam qəlbində daşıya məni
Nəzəriylə toxunmağa qıymaya..
Qoxum sala çiçəkləri gözündən
Kəpənəktək qonam baxışlarına
Bir adam qəlbində daşıya məni
Yük olmayam vicdanına ,qəlbinə
Gündən -günə enəm,enəm dərinə.
O qədər güvənəm,o qədər sevəm
kimsəni qoymayam adam yerinə.
Bir adam qəlbində daşıya məni....
Bir dünya sığdıram yalnızlığıma...
Nə əlim boş qala,nə də gözlərim
Mənə ömrüm deyib yaşaya məni
O adam qəlbində daşıya məni!
5.0
100% (7)