5
Yorum
7
Beğeni
5,0
Puan
1016
Okunma
Ruhumun sevgiyə ehtiyacı var,
Körpə anasına sarılan kimi.
Bezdirib gizlində ağlamaq məni,
Bu zalım dünyadan yorulan
kimi.
Ürəkdən gülməkçün çox darıxmışam,
Uşaq gözlərimdə qalıb gülüşüm
İnanmaq istərəm o nağıllara
Büllurdan ürəyim qırılan kimi
Göydən bir sehirli əl uzanacaq
Çəkib həsrətimdən alacaq məni.
Küllərimdən sevinc bitəcək yenə
Simruq odda yanıb dirilən kimi.
Bezmişəm beynimdə həmsöhbətimdən....
Qaçıb gizlənməyə sükut gəzirəm,
Bezdirib anlamaq,
Yorub dinləmək,
Ürəkdən sevinmək istəyirəm mən
Məsum bir körpəyə kiçik oyuncaq,
Tərtəmiz bir sevinc verilən kimi.
Hərədə bir parça qopub qalmışam...
Qaytarın o xoşbəxt illəri geri!
Həmdəmim olmasın daha gecələr!
Bir gün müjdə verin xoşbəxtliyimə
Oyanmamaq üçün yatıb qalmışam.
Ey dostum sətirlər,həmdəm hecalar,
Sanmayın,sanmayın getmək asandı
Yarıda buraxıb ümidlərini,
Ürək arzularkən burda birini.
Mənlə gedəcəksə bir aləm həsrət
Nə mənası var?
Bu zalım dünyadan qaçmaq asandı,
Qorxuram,qorxuram bitməz acılar
Nə vaxtsa bəyaza sarılan kimi.
Dilarə Suleyman
5.0
100% (6)