3
Yorum
8
Beğeni
5,0
Puan
581
Okunma
Xoş günümdə məndən uzaq gəzsə də
Dar gündə adımı anan yaxşıdı,
Şirin yalanları rəva görməyib
Acı doğrularla dinən yaxşıdı.
Təmiz niyyətimlə yarınanmadım,
Qəlbim min yol sındı sarınanmadım,
Qədirbilməzlərdən qorunanmadım
Vallah yaxşılığı qanan yaxşıdı.
Dilləra,ağırdı haqqın kəlməsi,
Qulağa çatmadı vicdanın səsi,
can desə də yanan görmədim pisi,
Qurunun oduna yanan yaxşıdı.
5.0
100% (5)