4
Yorum
12
Beğeni
5,0
Puan
868
Okunma
Kimlərə harada baxış atırsan
Bir mənə çatanda laldı gözlərin
Çalışdım,sandım ki, unutdum səni
Bəs niyə yadımda qaldı gözlərin?
Qəlbin aynasıdır deyib vuruldum,
İncidim,hər dəfə sındım, yoruldum,
Ana qucağı tək sənə sarıldım
Ağlatdıqca məni güldü gözlərin.
Sevgi nə qüdrətdir,həsrət nə sirrdi?
Kimlərə şeytandı,kimlərə pirdi,
Bir dünya əzabı qəlbimə verdi
Mənim günahımı aldı gözlərin.
Dilarə Süleyman
5.0
100% (9)