3
Yorum
5
Beğeni
5,0
Puan
849
Okunma
Bir köynək yaxındı qəlbimə həsrət,
Güvənə bilmədim sənə ,bağışla!
Dilimdə kaşkilər, uçmuş xəyallar,
Daha sənsizliyi mənə bağışla!
Nə gərək var öz-özümü aldadam?
Ay adam!
Sinəmdə bu yuxa ürək daş olub,
Gözlərim lap çoxdan yağıb boşalıb,
Aramızda çöllər,dağlar aşılıb
Sən o sən deyilsən,mən sənə yadam
Ay adam!
Vururam sahilə huysuz dalğa tək,
Yetər,qürurumdan ayağını çək!
Nə məndə ümid var,nə səndə istək,
Bizi qovuşdurmaz başımızda dam
Ay adam!
Nə sevinc ovudur məni, nə də qəm,
Fikirlər dağınıq,yuxular sərsəm,
Nə qəlbdə huzur var,nə ağızda tam
Günahım nə idi,neyçün bu edam?
Ay adam?
Çalışdım,Çalışdım səni unudam,
Ay adammm......
Dilarə Seleyman
5.0
100% (4)