4
Yorum
5
Beğeni
5,0
Puan
806
Okunma
Soyuq baxışında buz lülələnib
Bəlkə bəxtimdəki adam deyilsən?
Sevməsəm ardınca niyə düşüm mən?
Qardaşım deyilsən,atam deyilsən!
Dilbilməz əlində qalıbdı yaxam
Mənim gözlərimi fələk tutub,gəl!
Gedəndə qəlbimi qırıb getmisən
Gələndə üzünə ələk tutub gəl!
Bir kəlmə xoş sözə layiq idim mən,
Min kəlmə acını birə dəyişdim
Səni sevməmişdən qanadım vardı,
Səninçün göyləri yerə dəyişdim.
Gözümün içinə baxmayan adam!
Qəlbimin içində yer axtarırsan?
Axı hər gözəlin bir eybi vardır
Sən niyə gözümdə tir axtarırsan?
Hərə bir dərddədi,hərə bir gündə
Qopar inadını yelə ver,gedək,
Yolun yarısını keçmişik Vallah
Qalan yarısın da yola ver gedək!
Dilarə Süleyman
5.0
100% (4)