4
Yorum
12
Beğeni
4,8
Puan
530
Okunma
həsrətin döndərdi başımı,gülüm!
mən günah elədim günah üstünə.
Əllərim üzüldü hamıdan,üzüm
olmadı aparım pənah üstünə!
Vurdu tale məni sal qayalara
Gözümün yaşını gün qurutmadı
Danışdım dərdimi lal qayalara
Sənə danışmağa əlim çatmadı.
Sən məni unutdun sandım bəlkə də,
Basdırdın bağrının başında məni,
Bu eyni dünyada ,eyni ölkədə
Axtarmadın yada düşəndə məni.
Ömrü yelə verdim,qəlbimi sənə,
Daha heç nəyim yox özümdə mənim.
Bəlkə yaşayırsan qəlbimdə yenə
Bağışla,ölmüsən gözümdə mənim.
5.0
89% (8)
3.0
11% (1)