1
Yorum
3
Beğeni
5,0
Puan
724
Okunma
Savaş Vətənin yolunda
Çoxun yoxsa azla savaş
Savaş ruhunla, canınla
Şərəflə, namusla savaş!
Duy Vətənin dərdi nədir?
İçində səni oyandır.
Vallah silah bəhanədir
İynə boyda bizlə savaş!
Bu Vətəni sevəni sev!
Səngər olsun ona hər ev!
Can verməklə bitməz görəv
Çörəyinlə,duzla savaş!
Bir döndüyün halına bax!
Yad ellərdən elinə bax!
Tuzaq dolu yoluna bax!
Buraxdığın izlə ,savaş.
Çox olar can deyən sənə,
Quru -quru qurban cana.
Qalx odunla yana -yana
Acıları gizlə savaş!
Çoş ,dalğalan ümman kimi.
Çök dağlara duman kimi.
Dilarə Süleyman kimi
Barı sən də sözlə savaş !
5.0
100% (3)