1
Yorum
4
Beğeni
5,0
Puan
1223
Okunma
Yel gələr,it keçər açıq qapıdan,
Gəlmir örtül deyəm üzüm qapıya.
Yel əsməyindədir,it hürməyində,
Təzə bir it gəlib bizim qapıya.
İtlərdən anlarsam bilməm nə olum,
Mənim it adında dostum olmayıb.
Olmayıb rastıma çıxası biri,
Ya mən qızbibiyəm rastım olmayıb.
Adamın sümsüyü,itin tulası,
Bizim də qapıya tulası gəlib.
Üz görmüş,sintəlmiş itə bənzəyir,
Kök salıb hay kimi qalası gəlib.
Başı ağrıyanda ot yeyərlərmiş...
İtlərin otlardan nə başı çıxar?
Bir baş ağrısına dəyirsə həyat
Görmədim itlərin savaşı çıxa.
İllərdi o otu axtarıram mən,
İllərdi başımdan ağrılar keçir.
Bir itin dalınca düşmüşəm indi,
Daha o kitablar,çağrılar keçmir.
P.S.(Köpək ayrı şeydir,it ayrı şeydir,
İt köpək olunca ağıla çalır.
Qardaş,dediklərim bir ayrı şeydir,
Bəlkə ağıllarda nağıla çalır...)
Qoyaq bir tərəfə bu nağılları..
Təzə bir it gəlib bizim qapıya.
Ət yemir,ot yemir o adam yeyir,
Yoxsa adamları düzüm qapıya?
İçsə də başından,ayaqlarından,
Bu itin gözündən gözüm su içmir.
Bu itin canında başqa həvəs var,
Könlündən qan keçir,qızım,su içmir...
Kim gəlir o keçir,başı pozulub,
Əsla bulammıram çözüm qapıya.
Dostun köhnəsiysə,itin təzəsi,
Təzə bir it gəlib bizim qapıya.
*
5.0
100% (3)