0
Yorum
7
Beğeni
5,0
Puan
842
Okunma
*
"""
Vuran vurdu apardı,
sənə nə qaldı,adam.
Bu dünyanın varından
nəmənə qaldı,adam.
"
Bir öyrən,görüş,tanı,
nə dodaq-gülüş,tanı,
kim yoldu gülüstanı
çimənə qaldı,adam?
"
Vəfaların dönməyi,
bu gün,yarın dönməyi,
durnaların dönməyi
Yəmənə qaldı,adam.
"
Zor işin zor sorunu,
arifdən sor sorunu,
bu xalxın gor sorunu
gömənə qaldı,adam.
"""
5.0
100% (5)