1
Yorum
3
Beğeni
5,0
Puan
784
Okunma
BİR YUVA QURACAM
Bir yuva quracam leyləklər kimi,
İçində beş-on il yaş qaraldacam.
Allah izn versə torunlarıma
Böyründən ev tikib daş qaraldacam.
Hələ yapışmayır əlim,hələ tez,
Hələ açılmayır gəlim,hələ tez,
Hələ nə vaxtımdır ölüm,hələ tez,
Hələ siyah qoyub baş qaraldacam.
O zaman gəlmədi,qınadı.Getsin!
Məni başqasıyla sınadı.Getsin!
Qoy hələ gözləsin o qadın,getsin,
Axşamı salacam,qaş qaraldacam.
Əmr Allahındır,əmri hələ,
Körüyü,kömürü,dəmiri hələ,
Hələ kövrəldəcəm ömrü,hələ
Payız saraldacam,qış qaraldacam.
...Bir yuva quracam leyləklər kimi,
İçində beş-on il yaş qaraldacam.
5.0
100% (3)