5
Yorum
4
Beğeni
5,0
Puan
730
Okunma
Dünən acığıma yağırdı.Bu gün
Dəyişib bu yağış,xoşuma yağır.
Deyəsən utanır,amma yağmağa,
Bilir ki,yağanda başıma yağır.
Sönmür buludların ehtirasları,
Orda ara-sıra göy açıq,yağır.
Sallanır söyüdün salxımlarından,
Yağır,tut ucundan göyə cıx yağır.
Üzümdən od çıxır deyim ki,yağış,
Vaxtımı kövrəlib payız yağmağın.
Dikəlib torpağın xəzəl üzünə,
Bir üz çiləməyin,bir üz yağmağın...
Yalqız sokaklarda qərıb biriyəm,
Təkcə damcılardı çətrimə gələn.
Məni gözləyənlər xəyala dönmüş,
Məni özləyənlər xətrimə gələn...
Xətrimə gələnlər sətrimə gələn,
Qaçıb daldalanan öz adamlarım.
Donub sətrlərin soyuq başında
Üşüyür yağışa söz adamlarım.
Gör nələr uydurur,xatırıma bax,
O sevda məsəli-sünbül süsəndə.
Yağış xəyallarım yağmurluğumdur,
Ona qısılıram mən də küsəndə.
*
5.0
100% (2)