3
Yorum
4
Beğeni
5,0
Puan
499
Okunma
Ağlımla yaşasam da
heç tədbirim olmadı.
Bu yaxşıdı,bu pisdi...
seç tədbirim olmadı.
Əppəyimdən.duzumdan,
keçdim yolu uzundan,
iynənin ildızından
keç tədbirim olmadı.
Yuvam,məskənim,işim,
bir ovuc dənim-işim,
yüz ölçmək mənim işim,
biç tədbirim olmadı.
Yurd qaldı,lələ köçdü,
sonum əvvələ köçdü,
ölüm də elə köçdü,
köç tədbirim olmadı.
*
5.0
100% (2)