2
Yorum
2
Beğeni
5,0
Puan
508
Okunma
Bəyaz bildim əkdim səni xəzanda,
Qırmızı açmısan gülüm,qırmızı.
Yandırır atəşin səni yazanda,
Gülüm,sənə çəkir külüm qırmızı.
Baldı,dodağında şana batmışam,
Dadmışam kalından qana batmışam,
Xına boyanmışam,xına batmışam,
Yanağın qırmızı,əlim qırmızı.
Ömrümün günümün qara vaxtı mı,
Saçım nədən böylə,qara baxdı mı,
Ağköynək eləyib qara baxtımın
Üstündən geyinim gəlim qırmızı.
Darıxdım o yanda xarı bülbülə,
Yarı gülə çəkən,yarı bülbülə,
Verim mi,köçəsən sarı bülbülə,
Bəzənib durmusan gəlin qırmızı.
V.S.E.
*
5.0
100% (1)