0
Yorum
1
Beğeni
5,0
Puan
517
Okunma
Kimsə xatırlamaz
məni...
təkcə tumsatan
qadın "mərhaba"
söylər ağızucu,
bir bardaq tumun
xətrinə,
mədəm qıcqırar
bəzən zəhər
kimi acı dünyanın
dadlılarına,
və alıb keçərəm.
Tum kimi qapqara
əlləri qoxuyar
onunçün həyat...
aramızda yalnız
bir mərhabalıq
insan ilişgisi,
və yan keçən
arabaların fitinə
səksənən beş
addım məsafə...
Kimsə xatırlamaz
məni,
və doğduğum günü,
təkcə anam bilərdi...
ən böyük acısını
çəkmiş ömrünün
məni doğururkən.
Bu bəbək qalmaz
demişlər...
mən qaldım və
yaşadım,
anamsa öldü,
o gündən kimsə
məni xatırlamaz,
təkcə tumsatan
qadın "mərhaba"
söylər ağızucu...
ölmədiyim günlərin
hesabını aparıram
daha,həm də
həyatdan
vaz keçmədən,
məni unudanların
inadına...
5.0
100% (1)