Para, gübre gibi etrafa yayılmazsa işe yaramaz. baco
Vahid Sabah
Vahid Sabah

LEYLƏKLƏR

Yorum

LEYLƏKLƏR

0

Yorum

0

Beğeni

0,0

Puan

927

Okunma

LEYLƏKLƏR



Gözümü açıb belə görmüşdüm...Yanından keçib getdiyim işıq dirəklərindən birinin başında leyləklər yuva qurardı.Hər il novruzun topu atılmamış dönüb gələrdilər.Oxumaqları yox idi,sadəcə dimdiklərini şaqqıldadardılar.Bəlkə də,düz edirlər,deyə düşünərdim.Axı bu zamanda susmaq başın səlamətliyidir...quş olsan hətta...

Leylək baba,yavruların dururmu,
Dimdiyini bir-birinə vururmu,
Ağzın necə,çörü çöpü qırırmı...
Neynəyirsən o dirəyin başında,
Ruzi bulmaq zormu ahıl yaşında.

Son baharın rüzgarları əsəndə,
Duman gəlib sis aranı kəsəndə,
Dönəcəksən "mən dönmürəm" desən də...
Qanad açıb asta-asta yellərə,
Dönəcəksən yenə yaban ellərə.

Xəzanın soyuq şehi düşüncə səssiz-səmirsiz çəkilib gedərlər əcəm ellərinə...dimdiklərinə,ayaqlarına xına qoymağa.Mənim də dərdimi alıb gedərlər,sanki...Çünki,hər xəzan gələndə mən bir dərd yüngülləşirəm...

Qəmin kəm,aldırma,leylək,
Yükün zor,qaldırma,leylək,
Çəkəməm,öldürmə,leylək,
Sənin dərdin,mənim dərdim.

Yaşadıq yalan gerçəkdən,
Yaşıdıq yalan gerçəkdən,
Daşıdıq yalan gerçəkdən...
Sənin dərdin,mənim dərdim.

Çöplə yuva qurulurmu,
Qolun-qıçın qırılırmı,
Barı dərdin sorulurmu...
Sənin dərdin,mənim dərdim.

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
LeylƏklƏr Şiirine Yorum Yap
Okuduğunuz LeylƏklƏr şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
LEYLƏKLƏR şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL