0
Yorum
2
Beğeni
5,0
Puan
821
Okunma
Mən yalnız biri,
dünyanın vaz
keçdiyi adamam,
adım təkcə
toy siyahılarında,
bir də
bakkalın borc
dəftərində keçər.
Anam da elə belə,
laf olsun deyə doğurmuş
məni.
Doğurkən heç
ağlamamışam da,
sadəcə gözümü
açmışam,yummuşam...
Kimsə görməz məni,
keçər yanımdan,
ayağımı basanlar
əff diləməz,
yoluma çıxanlar
basar keçərlər.
könülsüz
sorarlar halımı
bir köynək
yaxın olanlarım,
və unudarlar...
Mən imkanın utandırdığı,
şəxsiyyəti təkcə
kimlik vəsiqəsində
olan adamıyam
dünyanın.
Kimsədə telefon
nömrəsi olmayan
adamı.
Gəlişimə kimsə
ayağa qalxmaz...
və şərəfimə içməzlər.
Amma...
Mən insanları
sevirəm,
onların varlığı
məni özümə
xatırladır,
onların qəbahəti
mənim xeyrxahlığımdır,
yanlışları həqiqətim.
Mən onların
insan üzüyəm.
5.0
100% (1)