1
Yorum
2
Beğeni
5,0
Puan
971
Okunma
Qışında qarın varsa,
Bağında barın varsa,
Gecələr də gözəldir,
Yatmağa yarın varsa.
...Oy mənim uca mənim,
Bir yanım baca mənim,
Heç yarım olmadı ki,
Boynumu quca mənim.
Yel qapını açmasın,
Üstünə su saçmasın,
Ömür də quş kimidir,
Tut əlindən qaçmasın.
...Oy yarıdan,yarıdan,
Saçı saman sarıdan,
Allah məni qorusun ,
Bu qızdan,bu qarıdan
Dağlar yenə qarladı,
Tutum qaldı harladı,
Yarimə qurban olum,
Mənə çay ismarladı.
...Oy elmasın,elmasın,
Salan yerə salmasın,
Şeytan deyir bu qızı
Alım evdə qalmasın.
*
5.0
100% (1)